Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası Qubada təlim keçirib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası Qubada təlim keçirib - <font color=red>FOTO</font>
# 03 mart 2011 16:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Qubada regionda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı) fəaliyyət göstərən ictimai birliklər üçün “QHT-lərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, 2010-cu il üzrə Maliyyə Nazirliyinə və 2011-ci ildə Şuraya təqdim ediləcək hesabatların tərtibi qaydaları barədə maarifləndirmə” mövzusunda seminar keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarın keçirilməsində məqsəd “Mühasibat uçotu haqqında” qanunun 13.2-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarını Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etmələri barədə maarifləndirilməsi və Şura tərəfindən elan olunmuş layihələr üzrə 2011-ci ildə təqdim ediləcək hesabatların tərtib olunması barəsində məlumatlandırılmasıdır. Seminarda Şuranın eksperti T. Həsənov çıxış edərək, QHT nümayəndələrinə mövzu üzrə ətraflı məlumat verib. Ekspert tərəfindən verilən məlumatlarda QHT-lər üzrə illik maliyyə hesabatları, maliyyə vəziyyəti haqqında hesabat (forma №1), maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat (forma №2), xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat (forma №3), pul vəsaitlərinin hərəkəti haqqında hesabat (forma №4) və sair zəruri komponentlər öz əksini tapıb.
Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonunda fəaliyyət göstərən QHT-lərin 21 nəfər nümayəndəsi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR