Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Çinin Azərbaycandakı səfiri ilə görüşüb
# 04 mart 2011 08:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Yannyan ilə görüşüb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı B. Xəlilov son dövrlər Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar, dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkilində tətbiq edilən yeniliklər və dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumat verib, bu sahələrdə əldə edilən uğurlardan danışıb. Çinin dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.

C. Yannyan isə Komissiyanın vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib, etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizə sahəsində Çin Xalq Respublikasında görülən tədbirlər barədə məlumat verib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanın dövlət qulluqçularının Çin Xalq Respublikasında ixtisasartırma kursları keçməsi məsələsi də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR