Bank Of Baku

Həftə sonu Azərbaycanın bəzi rayonlarına qar yağacaq

Həftə sonu Azərbaycanın bəzi rayonlarına qar yağacaq
# 04 mart 2011 08:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, lakin martın 4-dən 5-nə keçən gecə yarımadanın bəzi yerlərində havanın az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq. Martın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın bəzi şərq rayonlarında martın 5-də gecə və səhər havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Martın 6-da hava, əsasən, yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 1-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR