Bank Of Baku

Azərbaycan əhalisinin 50,4%-ni qadınlar təşkil edir

Azərbaycan əhalisinin 50,4%-ni qadınlar təşkil edir
# 04 mart 2011 10:04 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qadınların 59,4%-i nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46%-i qızlardır.

Hazırda ölkədə 31 doğum evi, 316 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir.

Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6%-dir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74%-i, ali təhsil müəssisələrində 46%-i, həkimlərin 63%-i qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66%-i, ali təhsil müəssisələrinin tələbələrinin 46%-i qızlardır.

Hazırda doktorantların 46%-ni, bütün elmi işçilərin isə 51%-ni qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22% artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artmaqda davam edir. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16%-ə qədər artıb.

Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4 081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR