Bank Of Baku

“Azersun Holding” İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib

“Azersun Holding” İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib
# 04 mart 2011 11:48 (UTC +04:00)
Bakı - APA. “Azersun Holding” Avropa Təhsil Fondunun İtaliyanın Turin şəhərində keçirdiyi beynəlxalq konfransda iştirak edib.
Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azersun Holding” Azərbaycanda fəaliyyət göstərən biznes strukturları arasından dəvət olunan yeganə qurum olub. Bu sahədə ilk konfrans 2009-cu il tarixində Avropa Parlamentində keçirilib.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Təhsil Nazirliyi və “Azersun Holding” arasında “Niyyət Protokolu” imzalanıb. Sənədə əsasən, Biləsuvar rayonunda fəaliyyət göstərən “Natural Green Land” və 1 saylı Biləsuvar Texniki Peşə Liseyi arasında texniki personalın hazırlanması layihəsi həyata keçirilir. Bu layihə beynəlxalq ekspertlərin marağına səbəb olub. Bu məqsədlə də Azərbaycanda fəaliyyət göstərən biznes strukturları arasından yalnız “Azersun Holding” növbəti dəfə İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq konfransa dəvət alıb və nümayəndə ilə təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR