Bank Of Baku

Gənclər və İdman Nazirliyi “Gənc Sahibkarlar Məktəbi” layihəsi həyata keçirir

Gənclər və İdman Nazirliyi “Gənc Sahibkarlar Məktəbi” layihəsi həyata keçirir
# 04 mart 2011 12:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi “IB Training Alliance” təlim-məşq mərkəzi ilə birgə “Gənc Sahibkarlar Məktəbi” layihəsinə start verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin məqsədi gənclərin biznes biliklərinin artırılması və onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Layihə əsasında gənclər biznes planı, sahibkarlıq fəaliyyətinə başlamağı və idarəçiliyin əsaslarını öyrənəcəklər. Təlimlər tamamlandıqdan sonra müxtəlif mütəxəssislərlə seminarların keçirilməsi planlaşdırılır.

Təlim-məşqlər interaktiv üsulla keçiriləcək və iştirakçılar nəzəri biliklərlə bərabər praktik məlumatlarla da təmin ediləcək. “Gənc Sahibkarlar Məktəbi” layihəsində 30 gəncin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR