Bank Of Baku

Azərbaycanın şimal bölgəsinin dağ çaylarında sululuq artıb

Azərbaycanın şimal bölgəsinin dağ çaylarında sululuq artıb
# 04 mart 2011 12:14 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Son vaxtlar yağıntılarla əlaqədar Azərbaycanın şimal bölgəsinin dağ çaylarında sululuğun artımı müşahidə olunub. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, sululuğun artımı daha çox Qudyalçay və Qusarçayında müşahidə olunub. Bu çaylarda sululuq ongünlük normanın 130-180 faizini təşkil edir. Bölgədə isə bu saatlarda da qeyri sabit hava şəraiti hökm sürür. Quba və Qusar rayonlarına güclü qar yağır. Dağlıq yaşayış massivlərində qarın hündürlüyü 30 santimetrə çatıb. Qırız, Xaltan və digər dağ kəndlərində havanın temperaturu mənfi 15-16 dərəcə təşkil edir. Hidrometeoroloqların bildirdiyinə görə bu cür hava şəraiti ayın ilk ongünlüyünün sonunadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR