Azərbaycanda işləyən şəxslər gələcək pensiyalarının təyinatı üçün sığorta haqlarının hesablanmasına özləri nəzarət edəcəklər
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev “APA-Economics”ə bildirib ki, bu işlər ölkə prezidenti cənab İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun həyata keçirilir. Proqrama əsasən, bu məlumatlandırma bazası 2013-2015-ci illər ərzində istifadəyə verilməlidir.
Şəffaflığın daha da artırılmasını təmin etmək üçün 2011-2012-ci illərdə sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, 2013-2015-ci illər ərzində sığortaolunanların fərdi hesabları ilə bağlı müraciətləri operativ cavablandıracaq müştəri xidmətləri şəbəkəsinin yaradılması nəzərdə tutulur.
E.Babayev deyib ki, DSMF bu tədbirləri nəzərdə tutulmuş vaxtdan tez həyata keçirməyi qarşısına məqsəd qoyub. Artıq sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sistemini özündə ehtiva edən proqram təminatı hazırlanıb. Hazırda onun üzərində sınaq tədbirləri həyata keçirilməkdədir.
Fond rəsmisinin sözlərinə görə, gələcəkdə ödənilmiş sığorta haqları barədə məlumat bazasının DSMF-nin internet saytına yerləşdirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, hər bir sığortaolunan öz sosial sığorta şəhadətnaməsinin nömrəsini həmin məlumat bazasına daxil etməklə istənilən vaxt 01.01.2006-cı il tarixindən, yəni yeni sistem fəaliyyətə başlayandan sonra toplanmış və illər üzrə indeksasiya edilmiş sığorta haqlarının məbləği barədə məlumat ala biləcək. Belə məlumat əsasında hər bir sığortaolunan şəxs istənilən an öz gələcək pensiyasının təmin olunmuş məbləğini müəyyənləşdirə və bu proseslərə nəzarət edə biləcək.
E.Babayev deyib ki, sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət etmək imkanını əldə etməsi sistemdə şəffaflığın daha da artmasına imkan verəcək. Belə ki, bu proses həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcək. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaq.
Sosial
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Xəbər Lenti
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğulub
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib