Bank Of Baku

Dövlət Komitəsinin sədr müavini: “BMT Azərbaycanda həyata keçirilən gender siyasətini yüksək qiymətləndirir”

Dövlət Komitəsinin sədr müavini: “BMT Azərbaycanda həyata keçirilən gender siyasətini yüksək qiymətləndirir”
# 04 mart 2011 12:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bu gün beynəlxalq aləmdə də gender, qadın məsələsinə çox güclü diqqət yetirilir. Artıq BMT kimi nüfuzlu beynəlxalq təşkilat Azərbaycanı inkişaf edən dövlət kimi görür və qadınlara münasibətin yüksək olmasını təqdir edir”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına müsahibəsində Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

S. Qəhrəmanova bildirib ki, Azərbaycan dövləti bu istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olub. O, Azərbaycanın qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulduğunu da xatırladıb: “Hər 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında hesabat veririk. Yeri gəlmişkən, bizim sonuncu, dördüncü hesabatımız da qurum tərəfindən çox yüksək qiymətləndirilib. Həmin hesabatın ardından bizə yeni tövsiyələr verilib”.

S. Qəhrəmanova onu da bildirib ki, bu gün Azərbaycanda qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyət göstərir.

“Hesab edirəm ki, qadınlar vəzifələrə irəli çəkildiyi, ictimai məsuliyyətli işlərə başladıqları zaman onların ailə problemləri ilə maraqlanmaq lazımdır. Bu amil mütləq şəkildə nəzərə alınmalıdır. Bizim regionlarda keçirdiyimiz görüşlərdə də bu məqam qırmızı xətlə vurğulanır ki, qadınlar da ictimai fəaliyyətlə məşğul olduqda öz müqəddəs missiyalarını-analıq missiyalarını unutmamalıdırlar”, - deyə o bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR