Bank Of Baku

Nazir Fizuli Ələkbərov: “Məsuliyyətsizliyə yol verən işçilərlə bağlı ciddi tədbirlər görüləcək”

Nazir Fizuli Ələkbərov: “Məsuliyyətsizliyə yol verən işçilərlə bağlı ciddi  tədbirlər görüləcək”
# 04 mart 2011 14:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Oğuz rayonunda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə nazirliyin bu bölgədə yerləşən rayonlarındakı strukturlarının fəaliyyətində şəffaflığın təminatı və əhaliyə göstərilən xidmətin vəziyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, nazir müşavirədə ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində şəffaflığın artırılmasının vacibliyini qeyd edib. O, dövlət qayğısının əhaliyə çatdırılmasında hər hansı qanunsuzluq halına, korrupsiya faktına, məsuliyyətsizliyə yol verən işçilərlə bağlı ciddi tədbirlər görüləcəyini deyib.

F.Ələkbərov ünvanlı dövlət sosial yardımının ödənişində ucqar yaşayış məntəqələrində yaşayanlar da əhatə edilməklə kart sisteminin tam tətbiq edilməsini, ünvanlı yardım təyin olunanlara ödəniş kartlarının artıq Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən deyil, məhz banklar tərəfindən təqdim olunmasını tapşırıb. O deyib ki, hər hansı mərkəzdə bir ədəd belə kart aşkar edildiyi halda, həmçinin əlillik təyinatında qanunsuzluğa yol verildiyi təqdirdə bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət olunacaq. F.Ələkbərov aktiv məşğulluq tədbirlərin gücləndirilməsi, iş yerlərində əmək müqavilələrinin bağlanılmasına və qeyri-leqal əmək fəaliyyətinin aşkarlanmasına nəzarətin artırılması, işəgötürənlərlə əməkdaşlıq şəraitində peşə hazırlığı işinin daha gücləndirilməsi, yeni sınaq işlərinə başlanılan “Özünədəstək” layihəsinin icra mexanizminin sadələşdirilməsi, bu sahədə də ictimai nəzarət imkanlarının daha da genişləndirilməsi barədə ciddi tapşırıqlar verib.

Sonra nazir Fizuli Ələkbərov bölgədə yaşayan ayrı-ayrı vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləyib və bu müraciətlərdə qaldırılan məsələlərin qanuna müvafiq həlli barədə müvafiq strukturların məsul şəxslərinə tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR