Bank Of Baku

Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək açıqlanacaq

Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək açıqlanacaq
# 04 mart 2011 14:06 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq rezidenturaya qəbul artıq TQDK tərəfindən aparılacaq. Bununla əlaqədar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və bütün istiqamətlər üzrə, o cümlədən müalicə işi və pediatriya, stomotologiya, tibbi biologiya, tibbi profilaktika istiqamətləri üzrə qəbul proqramları hazırlanıb.

Qeyd olunan istiqamətlər üzrə həm baza fənlərindən, həm də ixtisas fənləri üzrə test modelləri də hazırlanıb. Həmin materiallar martın 15-dək jurnal şəklində dərc olunacaq. Rezidenturaya qəbul imtahanının sentyabrda keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR