Bank Of Baku

Yevlaxda “Ağyarpaq qovaq təbiət abidəsi” təşkil ediləcək

Yevlaxda “Ağyarpaq qovaq təbiət abidəsi” təşkil ediləcək
# 04 mart 2011 15:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti Yevlax rayonu ərazisində “Ağyarpaq qovaq təbiət abidəsi”nin təşkil edilməsi haqqında qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən Yevlax şəhəri, Kür çayının sağ sahilində, Sahil parkında yerləşən yaşı 200 il, hündürlüyü 40 metr və diametri 330 sm olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin ağac “Ağyarpaq qovaq təbiət abidəsi” adlandırılıb.

“Ağyarpaq qovaq təbiət abidəsi”nin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyətinə bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məqsədyönlü tədbirlər görmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR