Bank Of Baku

«N» saylı hərbi hissədə «Açıq qapı günü» adlı tədbir keçirilib

«N» saylı hərbi hissədə «Açıq qapı günü» adlı tədbir keçirilib
# 04 mart 2011 19:39 (UTC +04:00)
Qusar. Zaur Quliyev-APA. Müdafiə Nazirliyinin Qusar şəhərindəki «N» saylı hərbi hissəsində «Açıq qapı günü» adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd KİV nümayəndələrini ordu quruculuğunda, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub. APA-nın şimal bürosunun məlumatına görə, tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Tərbiyə işləri idarəsinin rəis müavini Abdulla Qurbani bildirib ki, belə tədbirlər tədricən digər hərbi hissələrdə də təşkil olunacaq. Daha sonra çıxış edən hərbi hissə komandiri Oruc Abdullayev tədbirdə iştirak edən KİV nümayəndələrinə son 3 il ərzində hərbi hissədə aparılan yenidənqurma işləri haqqında məlumat verib.

Sonda hərbi hissədəki quruculuq işlərinə birgə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR