Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart bayramına həsr olunmuş təbir keçirib -FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart bayramına həsr olunmuş təbir keçirib -<font color=red>FOTO</font>
# 05 mart 2011 11:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi «Azercell» şirkətinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə və Komitənin 5 illik yubileyinə həsr olunmuş təbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın xanımları əsası Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin fəal iştirakçılarına çevriliblər. Bu ilki 8 Mart bayramının Komitənin 5 illik yubileyi ilə üst-üstə düşdüyünü deyən H.Hüseynova qeyd edib ki, Azərbaycan öz zəngin ənənələri olan, ailə dəyərlərini daim yüksək tutan, qadına xüsusi status verən bir ölkədir. Buna baxmayaraq, dünyanın ən sivil ölkələrində belə mövcud olan ailə, qadın və uşaq problemləri Azərbaycanda da var: «Erkən nikahlar, qızların təhsildən yayınması, ailədaxili münasibətlərdə zorakılıq halları, idarəetmədə daha da geniş təmsil olunma imkanları kimi məsələlərə diqqət ilk gündən Komitənin fəaliyyət sahəsinə daxildir».

Tədbirdə həmçinin Azərbaycanın görkəmli qadınlarına həsr olunmuş «İlklər» təqvimi, «Ailə, Qadın, Uşaq» jurnalının yubileyinə həsr olunmuş xüsusi buraxılışın və «Uşaqlar.az» veb-saytının təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR