Bank Of Baku

Komitə sədri: «Azyaşlı uşağın qətlə yetirilməsi Azərbaycan mentalitetinə yaraşmayan haldır»

Komitə sədri: «Azyaşlı uşağın qətlə yetirilməsi Azərbaycan mentalitetinə yaraşmayan haldır»
# 05 mart 2011 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. «Azyaşlı uşağın qətlə yetirilməsi Azərbaycan mentalitetinə yaraşmayan haldır. Müharibə vaxtı ailələr özgə uşaqlarını saxlayırdılar, onlara çörək verirdilər və heç kəs o zaman ayrıseçkilik aparmırdı ki, bu mənim, ya özgənin uşağıdır». APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda atası və ögey anası tərəfindən 5 yaşlı Sevinc Həsənovanın qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş verən hadisəyə komitənin münasibəti çox pisdir: «Bu tipli ailələrlə maarifləndirmə tədbirlərini daha da gücləndirməyə çalışırıq. Uşaqların müdafiəsi ilə bağlı isə Azərbaycanda çoxlu dövlət proqramları var. Amma nə qədər güclü proqramlar olsa, insanlar özləri bunları dərk etməsələr, ailələrdə ab-hava dəyişməsə, bu proqramların heç bir mənası olmayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR