Bank Of Baku

Göyçayın Qızılağac kəndinə 20 ildən sonra yenidən qaz verilib

Göyçayın Qızılağac kəndinə 20 ildən sonra yenidən qaz verilib
# 05 mart 2011 16:05 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayonunun Qızılağac kəndinə təbii qaz verilib. APA-nın yerli bürosunun xəbərinə görə, bu münasibətlə bu gün keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov 20 illik fasilədən sonra Qızılağac kəndinə qazın verilməsi münasibətilə əhalini təbrik edib.

M.Məmmədov bildirib ki, bu kəndin qazlaşdırılması üçün 7,4 km-lik daşıyıcı qaz kəmərində və 10 km-lik daxili qaz xətlərində təmir-bərpa işləri aparılıb, istifadəyə yararsız hissələri yenisi ilə əvəz olunub, yeni qaztənzimləyici şkaflar və 293 mənzilə sayğac quraşdırılıb.

Hazırda Göyçay şəhərində və 5 kənddə əhali qazdan istifadə edir. Sonda təbii qazın verilməsi münasibətilə rəmzi olaraq məşəl alovlandırılıb və mənzillərdə təbii qazdan istifadə ilə tanışlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR