Bank Of Baku

Qanunsuz ovun qarşısının alınması məqsədilə reydlər keçirilir

Qanunsuz ovun qarşısının alınması məqsədilə reydlər keçirilir
# 07 mart 2011 06:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 28 fevral-2 mart 2011-ci il tarixlərində ölkə ərazisində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qoruğun Katex sahəsinin 1 saylı dolayının ərazisində qanunsuz ovla məşğul olan Balakən rayon Tülü kənd sakinləri Yaşar Padarov, Ramiz Akkubayev, İsrafil Hekəlov və Balakən rayon Talalar kənd sakini Loğman İbrahimov saxlanılıb, onlardan 4 ədəd ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb. Həmin şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub.

Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ovla məşğul olan Şəmkir şəhər sakini Vaqif Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış kəklik götürülüb. Həmin şəxsin 1000 manat məbləğində cəriməni ödəməsi təmin edilib.

Balakən rayonu ərazisində keçirilən reyd zamanı Qazma kəndi yaxınlığındakı “Tuğay çölü” adlanan sahədə qanunsuz ovla məşğul olan Balakən rayon Qazma kənd sakinləri Qurban Surxayov, Məhəmməd Əliyev, Sahib Məmmədov və Balakən rayon Tülə kənd sakini Fərman Nəbiyev saxlanılıb. Onlardan 4 ədəd ov tüfəngi, 14 ədəd patron götürülərək akt və protokol tərtib edilib, hər biri 1000 manat məbləğində cərimə edilib.

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular məhv edilib, 2 ədəd tor isə götürülərək aktlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR