Bank Of Baku

Azərbaycan paytaxtında yağıntılı hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan paytaxtında yağıntılı hava şəraiti üstünlük təşkil edəcək
# 07 mart 2011 09:07 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, martın 8-də paytaxtda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq.

Martın 9-da Buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağıntı olacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək, havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Martın 7-si axşamdan 8-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında martın 8-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

Martın 9-da havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR