Bank Of Baku

Ötən il «BP Azerbaijan» və onun tərəfdaşları davamlı inkişaf layihələrinə 4,8 mln. dollar xərcləyib

Ötən il «BP Azerbaijan» və onun tərəfdaşları davamlı inkişaf layihələrinə 4,8 mln. dollar xərcləyib
# 07 mart 2011 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «BP Azerbaijan» şirkəti və onun tərəfdaşları Azərbaycanda davamlı inkişaf layihələrinə 4,770 mln. ABŞ dolları həcmində vəsait xərcləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sözügedən təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir: «Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcək».

Qeyd edək ki, 2010-cu ildə BP və tərəfdaşları Gənclər üçün iqtisadi sahədə bacarıqların yaradılması Layihəsini, keyfiyyəti yaxşılaşdırılmış və innovativ məktəbəqədər proqramlardan istifadə imkanı yaratmaqla Uşaqlı ailələrə kömək Layihəsini, Gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi Layihəsini və s. həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR