Bank Of Baku

Bərdə və Ağcabədinin bəzi kəndlərində irriqasiya sistemi təkmilləşdiriləcək

Bərdə və Ağcabədinin bəzi kəndlərində irriqasiya sistemi təkmilləşdiriləcək
# 07 mart 2011 11:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Yaponiya hökumətinin dəstəyi ilə Bərdə və Ağcabədi rayonlarının səkkiz kəndində irriqasiya sistemi təkmilləşdiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, martın 10-da Bərdədə layihə ilə bağlı qrant sazişinin imzalanması nəzərdə tutulub.

Layihə kəndlərdə kənd təsərrüfatının məhsuldarlığının və fermerlərin gəlirlərinin artırılması məqsədi daşıyır. Qrant yardımının ümumi məbləği 98,444 ABŞ dollarıdır.

Sənədi Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və “Aran Humanitar Regional İnkişaf Təşkilatı”nın icraçı direktoru Rauf Əliyev imzalayacaqlar.

Bu layihə “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində Yaponiya ilə Azərbaycan arasında imzalanacaq 142-ci qrant sazişi olacaq. Layihə Bərdədə həyata keçiriləcək 10-cu, Ağcabədidə həyata keçiriləcək 4-cü layihədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR