Bank Of Baku

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub
# 07 mart 2011 11:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycan Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni təyin olunmuş direktorunun adı açıqlanıb. Klinikaya yeni direktor təyin olunmuş Musayev Surxay Novruz oğlu 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. O, 1989 – 1992 illərdə Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrasında doktoranturada olub və tibb elmləri doktoru alimlik dərəcəsi üçün dissertasiya müdafiə edib. 1992-ci ildən bu günə kimi ATU-da I-ci uşaq xəstəlikləri kafedrasında professor vəzifəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR