Bank Of Baku

Martın 26-da Bakıda Axısxa Türkləri Vətən Cəmiyyətinin 7-ci qurultayı keçiriləcək

Martın 26-da Bakıda Axısxa Türkləri Vətən Cəmiyyətinin 7-ci qurultayı keçiriləcək
# 07 mart 2011 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Martın 26-da Bakıda Axısxa Türkləri Vətən Cəmiyyətinin 7-ci qurultayı keçiriləcək. Bu barədə APA-ya cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, cəmiyyətin 7-ci qurultayının nəticələri, Nizamnamə dəyişikliyi və sədr seçkilərinin nəticələri Azərbaycan Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş İdarəsi tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun”a uygun olmaması səbəbi ilə qəbul edilməyib. Buna görə də Axısxa Türkləri Vətən Cəmiyyətinin İdarə Heyəti səs çoxluğu ilə qurultayın martın 26-da yenidən keçirilməsi barədə qərar qəbul edib. Bundan əlavə, “Vətən” Cəmiyyətində Qurultay ilə əlaqədar olaraq komissiya yaradılıb və komissiyanın sədri vəzifəsinə Veysal Aslanov seçilib.

Yenidən keçiriləcək qurultaya qədər Axısxa Türkləri Vətən Cəmiyyətinə sədrliyi Kamal Beridze icra edəcək. Qeyd edək ki, K. Beridze əvvəllər cəmiyyətin keçmiş sədrinin müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR