Bank Of Baku

FHN-in Muğan Regional Mərkəzində təlim keçirilib

FHN-in Muğan Regional Mərkəzində təlim keçirilib
# 07 mart 2011 13:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN), Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəldilən tədbirlərin dəstəklənməsi" layihəsi üzrə növbəti təlim FHN-in Muğan Regional Mərkəzində həyata keçirilib. APA-nın FHN-in saytına istinadən yaydığı məlumata görə, təlimdə qeyd edilən qurumların nümayəndələri, o cümlədən Şamaxı, Sabirabad və Saatlı rayonlarının layihəyə əsasən seçilmiş məktəb müəllimləri iştirak edib. Təlimin əsas məqsədi fəlakətə hazırlıq və fəlakət nəticələrinin aradan qaldırılmasının planlaşdırılması və müvafiq tədris materiallarına daxil edilməsi sahəsində müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.
Təlimdə Muğan Regional Mərkəzinin əməkdaşlarının zəlzələ, daşqın, yanğın, kimyəvi, bioloji və radioaktiv maddələrin dağılması kimi təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri və bu hadisələr zamanı insanların davranış qaydaları mövzularında təqdimatları olub, eyni zamanda, müxtəlif xilasetmə avadanlıqları və xilasetmə əməliyyatları nümayiş etdirilib. Sonda müəllimlərə UNICEF tərəfindən hazırlanmış, fəlakət riskinin azaldılması üzrə metodiki vəsait təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR