Bank Of Baku

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən yeni sosial layihə üzrə qrant sazişinin imzalanma mərasimi keçirilib

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən yeni sosial layihə üzrə qrant sazişinin imzalanma mərasimi keçirilib
# 07 mart 2011 13:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən «Əlil insanların və uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiya olunması» layihəsi üzrə qrant sazişinin imzalanma mərasimi keçirilib. APA-nın məlumatına görə, imzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe deyib ki, bu layihə əlil insan və uşaqların cəmiyyətə inteqrasiya olunması, cəmiyyətdə rahat yaşaması, onların digər insanlardan heç nə ilə fərqlənmədiklərini anlatmaq üçün həyətə keçirilən bir layihədir.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov deyib ki, bu gün imzalanan layihə daha incə məqama toxunur və əlil insanlara cəmiyyətə inteqrasiyasına dəstək olacaq.

Nazirlər kabinetinin şöbə müdiri Qurban Sadıxov bildirib ki, əlillərin həyət səviyyəsini yaxşılaşdırmaq və cəmiyyətə inteqrasiya sahəsində dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb, o cümlədən hüquqi normativ sənədlər qəbul olunub.

Sazişi Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və layihəni icra edən təşkilatın - “Dünyaya Baxış Yaponiya”nın nümayəndəsi imzalayıblar.

Qeyd edək ki, bu layihə Yaponiya QHT-lərinin inkişaf etməkdə olan ölkələrdə sosial inkişafa yönəlmiş layihələrini maliyyələşdirmək üçün Yaponiya hökuməti tərəfindən verilən «Yaponiya QHT-lərinin layihələri üçün qrant yardımı» çərçivəsində həyata keçirilir.

Layihə əlil insan və uşaqların cəmiyyətə inteqrasiyasının inklüziv təhsil üçün adekvat mühitin yaradılması və xüsusi qayğıya ehtiyacı olan insan və uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq üçün icma səfərbərliyini və lazım olan dəstəyi təşkil etmək yolu ilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR