Bank Of Baku

ABŞ-da yaradılan Qarabağ Fondunun sponsorluğu ilə “Qafqaz Bəstəkarları” adlı ansamblın konserti olub - FOTO

ABŞ-da yaradılan Qarabağ Fondunun sponsorluğu ilə “Qafqaz Bəstəkarları” adlı ansamblın konserti olub - <font color=red>FOTO</font>
# 07 mart 2011 14:01 (UTC +04:00)
Bakı-APA. Qarabağ Fondu Simson qalereya mərkəzində keçirilən “Qafqaz Bəstəkarları” adlı ansamblın konsertinə sponsorluq edib. Qarabağ Fondundan APA-ya verilən məlumata görə, Nyu-York şəhərində yerləşən “Qafqaz Bəstəkarları” qrupu Qafqaz regionunun müxtəlif ölkələri Azərbaycan və Gürcüstan bəstəkarlarının əsərlərini nümayiş etdirir. Konsert proqramının açılışında Qarabağ Fondunun direktoru Diana Altman bildirib ki, Simson qalereya mərkəzində təşkil olunan Qafqaz Bəstəkarları adlı ansambla Qarabağ Fondunun sponsorluq etməsi fondun bir çox məqsədlərini izah edir: “Çox şadıq ki, ABŞ və Qafqazdan olan müxtəlif auditoriya, bəstəkar, musiqiçi və ifaçılar belə əhəmiyyətli bir tədbirin həyata keçirilməsində Qarabağ Fondunun rolunu və dünya səviyyəli tədbirlərdə Azərbaycanın Qarabağ regionunun adının şahidi olacaqlar. Fond Qafqaz regionunda bütün xalq və sivilizasiyaların sülh ilə birgə yaşamalarına öz töhfəsini vermək və mədəniyyət sahəsində Azərbaycan, onun və Qafqazın mədəni paytaxtı Qarabağ regionunun nailiyyətlərini bütün dünyaya tanıtmaqdan qürur hiss edir”.
Konsert zamanı Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin "İtirilən Vaxtın Axtarışında" və Oleq Felzer əsərləri ifa olunub.
Mart ayında Qarabağ Fondu daha iki əhəmiyyətli konserti dəstəkləyəcək. Konsertlər haqqında ətraflı məlumat fondun saytından əldə etmək mümkündür:
http://karabakhfoundation.org/pages/what-we-do/upcoming-events/.
Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarının həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR