Bank Of Baku

Azərbaycanda satış şəbəkələrindən 10 min nüsxə pirat CD və DVD çıxarılıb

Azərbaycanda satış şəbəkələrindən 10 min nüsxə pirat CD və DVD çıxarılıb
# 07 mart 2011 14:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Müəllif Hüquqları Agentliyinin (MHA) müvafiq dövlət orqanları ilə birgə gördüyü işlər nəticəsində Azərbaycanda piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61 faizdən 40 faizə, audio-video məhsul bazarında 90 faizdən 70 faizə, proqram təminatında 96 faizdən 88 faizə düşüb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Ötən il keçirilən monitorinqlər zamanı satış şəbəkələrindən 10 min nüsxə CD, DVD, Mp3 çıxarılıb və ya istehlakçılardan götürülüb. Məhkəmə və hüquq mühafizə orqanlarının müraciətləri əsasında ötən il agentlik tərəfindən pirat məhsullar, o cümlədən qeyri-qanuni proqram təminatı ilə bağlı 12 ekspert rəyi hazırlanıb. MHA nümayəndələri 6 məhkəmə işi üzrə üçüncü şəxs və ya ekspert qismində məhkəmə proseslərində iştirak ediblər.

Ötən il MHA-da 600-dən çox əsər və əlaqəli hüquqların obyekti qeydiyyatdan keçirilib. Hesabat ili ərzində 233 müəllifə 49 min 451 manat qonorar ödənilib. Ötən il 96 min 526 manat qonorarın hesabat təyinatı üzrə bölgüsü aparılıb və müvafiq qanunvericiliyə əsasən, məcburi ödənişlər tutularaq hüquq sahiblərinin hesabına köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR