Bank Of Baku

TQDK-nın strukturunda dəyişikliklər edilib

TQDK-nın strukturunda dəyişikliklər edilib
# 09 mart 2011 08:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2009-2011-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) bir sıra yeni vəzifələrin icrasının tapşırılması ilə əlaqədar bu qurumun strukturunda dəyişikliklər edilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni vəzifələr “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi, rezidenturaya qəbulun aparılması ilə bağlıdır.

Bütün bunlar nəzərə alınaraq Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 28 nömrəli qərarı ilə TQDK-nın strukturunda və ştat cədvəlində bir sıra dəyişikliklər edilib, komissiyanın mərkəzi aparatında ştat vahidlərinin sayı artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR