Bank Of Baku

Bakıda yağış, Azərbaycanın bəzi rayonlarında isə qar yağacaq

Bakıda yağış, Azərbaycanın bəzi rayonlarında isə qar yağacaq
# 09 mart 2011 08:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Martın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 10-da havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Martın 11-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR