Bank Of Baku

Dövlət sifarişini anasının şirkətinə verən nazir istefa verib

Dövlət sifarişini anasının şirkətinə verən nazir istefa verib
# 09 mart 2011 08:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Litvanın iqtisadiyyat naziri Avropa İttifaqının yardımını anasının rəhbərlik etdiyi şirkətə verdiyi üçün istefa verməli olub. «APA-Economics»in «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, Litvanın xidməti etika üzrə baş komissiyası ölkənin iqtisadiyyat naziri Daynyus Kreyvisin hərəkətlərində qanun pozuntusu aşkar etdikdən sonra nazir istifa veməli olub. Komissiya naziri dövlət qulluğunda olarkən ictimai və şəxsi maraqların uyğunlaşdırılması haqqında qanunu pozmaqda ittiham edib.

Komissiyanın araşdırmalarına görə, nazir Avropa İttifaqının Litvaya ayırdığı yardımın bir hissəsini – 1,738 mln. avronu məktəblərin təmirinə yönəltmək barədə sərəncam verib. Bu işlər üzrə tenderdə isə onun anasının rəhbərlik etdiyi «Specializuota Komplektavimo Valdyba» (SKV) şirkəti qalib gəlib. Qeyd edək ki, vaxtilə nazirin özü də bu şirkətin İdarə Heyətinin üzvü olub. D.Kreyvis bu ittihamı rədd etsə də, komissiyada hesab edirlər ki, nazirin bu barədə əmri SKV şirkətinin xeyrinə işləyir. Qeyd edək ki, bir qədər əvvəl Litvanın prezidenti Dalya Qribauskayte də iqtisadiyyat nazirinə etimadsızlıq göstərib. «Eyni vaxtda həm siyasətçi, həm də sahibkar olmaq olmaz», - deyə prezident bildirib.

Xatırladaq ki, Litva Konstitusiyasına görə, nazirləri hökumət başçısının təqdimatı əsasında məhz prezident təyin edir və ya işdən azad edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR