Bank Of Baku

Sabirabad və Kürdəmir rayon Sosial Müdafiə mərkəzlərində yoxlamalar aparılır

Sabirabad və Kürdəmir rayon Sosial Müdafiə mərkəzlərində yoxlamalar aparılır
# 09 mart 2011 10:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Sabirabad və Kürdəmir rayon Sosial Müdafiə Mərkəzlərində yoxlamalar aparır. Bu barədə APA-ya Nazirliyin Mərkəzi Aparat rəhbərinin müavini Elnur Kələntərli məlumat verib. Onun sözlərinə görə, bu yoxlamalara Respublika Prokurorluğunun həmin mərkəzlərdə korrupsiya ilə bağlı faktlar aşkarlamasından sonra başlanılıb. Bunun üçün nazirliyin Mərkəzi Aparatının nümayəndələri yerlərə ezam olunub.

E.Kələntərli yoxlamalar yekunlaşdıqdan sonra onun nəticələri barədə açıqlama verəcəklərini də deyib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qanun pozuntularının qarşısını almaq üçün rayonlarda zona müşavirələri keçirilir və aidiyyatı strukturlara lazımi tapşırıqlar verilir.

Qeyd edək ki, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Mərkəzinin Sabirabad rayon şöbəsində keçirdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları və korrupsiya faktları aşkarlanıb. Bununla əlaqədar şöbənin qapıları möhürlənib, şöbənin məsul əməkdaşlarının ifadəsi alınır.

Nazirliyin Kürdəmir rayon şöbəsinin direktoru Qismət Əbdürrəhmanov isə bu vəzifədə işləyərkən ünvanlı sosial dövlət yardımı almaq üçün müraciət etmiş vətəndaşlardan bu yardımı təyin etməkdən ötrü külli miqdarda rüşvət tələb edib. Cinayət Məcəlləsinin 179.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirləndirilən Q.Əbdürrəhmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR