Bank Of Baku

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdirilib

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdirilib
# 09 mart 2011 11:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən esehiyye.az internet domenində yeni elektron poçt server quraşdırılıb istifadəyə verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni e-poçt xidməti tam Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsi üçün e-poçt ünvanı qeydiyyatdan keçirilib, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilib. Bununla da tibb müəssisələri Səhiyyə Nazirliyi və bir-biri ilə elektron sənədlərin məlumat mübadiləsini daha da operativ, təhlükəsiz və stabil həyata keçirmək imkanı qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR