Bank Of Baku

Quba rayonunda brüsselyoz xəstəliyinin geniş yayılması təhlükəsi var

Quba rayonunda brüsselyoz xəstəliyinin geniş yayılması təhlükəsi var
# 09 mart 2011 12:07 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. İri və xırda buynuzlu heyvanlarda tez-tez müşahidə olunan brüsselyoz xəstəliyi heyvandarlıq rayonu olan Qubada insanları da yoluxdurmaqdadır. Quba Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Məmmədmusa Musayevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, son üç il ərzində rayonda 15 ailədə xəstəlik şiddətli şəkildə özünü büruzə verib. Bəzi xəstələr yoluxmanı gizlətdiklərindən bu say arta da bilər. Brüsselyoz xəstəliyi insanlara ət və süd məhsulları vasitəsi ilə keçir. Rayonun əlaqədar təşkilatları brüsselyozun tüğyan etməsinə qarşı mübarizə apardıqlarını bildirsələr də, xəstəliyin aradan qaldırmasında çətinlik çəkdiklərini də etiraf edirlər. Xüsusilə də yol kənarlarında, pərakəndə şəkildə satışa çıxarılan ət və süd məhsulları xəstəliyin insanlara yoluxmasında əsas səbəb olduğu bildirilir. Quba bazarlarında qaynadılmamış süddən hazırlanan məhsulların satışına nəzarət gücləndirilib. Lakin yol kənarı ərazilərdə həkim nəzarətindən keçirilməyən qoyun və mal ətinin satışına hələ də rast gəlinir. Quba Rayon Baytarlıq İdarəsindən APA-nın yerli bürosuna bildirilib ki, rayonda ümumi 40 min baş iribuynuzlu, 250 min baş isə xırda buynuzlu heyvan qeydiyyatdadır. Ötən ilin son ayları ərzində aparılan yoxlamalar zamanı 31 baş iribuynuzlu və 33 baş xırdabuynuzlu heyvanda brüsselyoz xəstəliyi aşkarlanıb. Bu ilin yanvar-fevral aylarında aparılmış yoxlamaların nəticəsinə görə 7 baş iribuynuzlu heyvanda brüsselyoz xəstəliyi qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR