Azərbaycanın sığorta-pensiya sistemində inzibati nəzarət tam aradan qaldırılacaq
Bakı. İlhamə İsabalayeva-APA. Bakı. İlhamə İsabalayeva-APA. Vətəndaşlar üçün məlumatların asan və şəffaf qaydada əldə edilməsinə xidmət edən “Elektron hökumət”in qurulması istiqamətində artıq Azərbaycanda bir çox işlər görülüb. Bu işlərin tərkib hissəsi kimi Azərbaycanda pensiya-sığorta sisteminin avtomatlaşdırılması da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətini daha da şəffaflaşdırmaqla yanaşı, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına kömək edəcək.
Sosial Müdafiə Fondunun fəaliyyətini daha da şəffaflaşdırmaqla yanaşı, bu sahədə mövcud olan nöqsanların da aradan qaldırılmasına kömək edəcək.
MDB-də ilk dəfə olaraq, Azərbaycanda sənəd tələb olunmadan pensiyaya çıxılacaq
Pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Yeni sığorta-pensiya sistemində şəffaflığı təmin edəcək amillərdən biri odur ki, gələcəkdə pensiya təyinatında insan amili aradan qaldırılacaq. Pensiya təyinatının avtomatlaşdırılması vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq. Pensiya təyinatının avtomatlaşdırılması hesabına artıq pensiyaya çıxmağa hazırlaşanlar bunun üçün əvvəlki illərdə olduğu kimi yerli mərkəzlərə xeyli sənədlər gətirmək məcburiyyətində olmayacaqlar. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, “Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən dəyişiklik sığortaolunanlar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir. Bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan pensiya təyinatına şərait yaradacaq.
Pensiya təyinatının tam avtomatlaşdırılması işlərinin ölkə prezidentinin 2008-ci il dekabrın 30-da təsdiqlədiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"a uyğun olaraq, 2015-ci ilədək başa çatdırılması nəzərdə tutulsa da, bu prosesin iki il tez - 2013-ci ilədək yekunlaşdırılacağı gözlənilir. Bu isə MDB məkanında ilk göstərici olacaq.
Pensiyaların təyini və artırılması mexanizmləri sadələşdirilir
Avtomatlaşdırılmış pensiya sistemi pensiya məbləğlərinin təyini və artırılması mexanizmlərini tamamilə sadələşdirir. Həmin sistem hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünun hesablamasına imkan verir. S.Müslümov deyir ki, bunun nəticəsində pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır. Eyni zamanda, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait də yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən, mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır.
Bütün bunları nəzərə alan DSMF artıq rəsmi saytında (www.sspf.gov.az) müştəri xidmətləri sistemi - pensiya kalkulyatoru istifadəyə verib. Bu kalkulyatorla istənilən şəxs öz pensiyasını hesablaya bilər. Burada pensiyanın hesablanması qaydası da çox sadə şəkildə verilib. Bunun üçün istifadəçi sosial sığorta şəhadətnaməsinin nömrəsini, daha sonra isə 2006-cı ilə qədər olan iş stajı və 2006-ci ildən sonra hər il üçün hesablanmış əmək haqqını qeyd etməlidir. Bütün bu proseslərdən sonra isə istifadəçi “Hesabla” düyməsini basır. Nəticədə sistem avtomatik olaraq, müraciət edən şəxsin pensiyasını hesablayır.
Çox vacib məsələlərdən biri budur ki, bu kalkulyatorla pensiyasını müstəqil olaraq, hesablayan insanların artıq pensiyalarının məbləğini öyrənmək üçün yerli şöbələrin mütəxəssislərinə müraciət etməsinə ehtiyac qalmayacaq.
Azərbaycanda işləyən şəxslər gələcək pensiyalarının təyinatı üçün sığorta haqlarının hesablanmasına özləri nəzarət edəcəklər
Ən çox gözlənilən yeniliklərdən biri isə odur ki, Azərbaycanda hər bir sığortaolunan şəxs istənilən an öz gələcək pensiyasının təmin olunmuş məbləğini müəyyənləşdirə biləcək və bu proseslərə nəzarət edəcək. Artıq bunun üçün sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sistemi yaradılır. Sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sistemini özündə ehtiva edən proqram təminatı artıq hazırdır. Hazırda onun üzərində sınaq tədbirləri həyata keçirilir. Sığortaolunanların fərdi hesabları ilə bağlı müraciətləri operativ cavablandırmaq üçün isə müştəri xidmətləri şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Bütün bu yeniliklər- sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət etmək imkanını əldə etməsi sistemdə şəffaflığın daha da artmasına şərait yaradacaq. Belə ki, bu proses həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcək. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaq.
Bu tədbirlərin “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-2015-ci illər ərzində istifadəyə verilməsi nəzərdə tutulsa da, bu müddətin daha da tezləşdiriləcəyi gözlənilir.
Yeni sistem pensiyaçıların və ekspertin gözü ilə...
Pensiya ödənişinin avtomatlaşdırılması istiqamətində artıq tam şəffaflığa nail olunub. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98 faizinin pensiyaları plastik kartlarla ödənilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib. Bu göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Pensiya ödənişinin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması da şəffaflığın təminində, pensiya ödənişində çətinliklərlə üzləşən insanların bu probleminin həllinə kömək edib.
Söhbətləşdiyimiz pensiyaçıların sözlərinə görə, pensiya ödənişinin avtomatlaşdırılmasının əsas müsbət cəhəti odur ki, təqaüdçülər təyin olunmuş təqaüdü kart vasitəsilə tam şəkildə, yaşayış yerindən asılı olmayaraq, respublikanın istənilən yerindən, rahat, kənar müdaxilə olmadan ala bilirlər. Lakin əvvəllər poçt şöbələrinin işçiləri təqaüdçülərin tam haqqı çatdığı məbləğə şərik çıxırdılar. Pensiyaçı Mehparə Əlixanlının sözlərinə görə, həmin işçilər təqaüdçülərə göstərdikləri “xidmətə” görə heç bir yerdə yazılmayan qanuna əsasən, müəyyən məbləğ tuturdular. Bu məbləği ödəməkdən imtina edən təqaüdçülər isə pensiyalarını almaq üçün hər ay günlərlə poçtalyonun arxasınca gəzməli olurdular.
Pensiyaçı Yeganə Məcidova isə deyir ki, hələ də bəzi yerlərdə təqaüd yaşına çatmış şəxslərin pensiya təyinatında problemlər yaşanmaqdadır. Pensiyaçı hesab edir ki, avtomatlaşdırılma məhz bu problemin həllinə əsaslı şəkildə kömək edəcək. Avtomatlaşdırma hesabına insan amilinin məhdudlaşdırılması, pensiya təyinatında onun iştirakının aradan qaldırılması prosesin şəffaflığına daha müsbət təsir edəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da APA-ya açıqlamasında bildirib ki, pensiyaların kartlar vasitəsilə ödənilməsi, onların təyinatının avtomatlaşdırılması son zamanlar sığorta-pensiya sistemində şəffaflığın artırılması istiqamətində atılan ən yaxşı addımlardandır. Ekspert bu fikirdədir ki, sistemdəki şəffaflığı normal qiymətləndirmək olar və burada şəffaflığın az olduğunu iddia etmək də düzgün sayılmaz. Amma bununla belə, şəffaflığın daha da artırılması üçün bir sıra addımların atılması yaxşı olardı.
V.Bayramov deyir ki, sığorta-pensiya sistemində şəffaflığın artırılmasının ən düzgün yollarından biri elektron hökumətin qurulması və informasiya texnologiyalarının tətbiqidir. DSMF də artıq buna görə sistemi avtomatlaşdırmağa başlayıb.
Şikayətçilər öz şikayətlərini necə edə bilərlər?
Hazırda DSMF-də ölkə əhalisinin 1/3-i, yəni 1 milyon 800 min nəfərdən artıq fərdi şəxsi hesabı olan sığortaolunan, 1 milyon 292 min nəfərdən çox əmək pensiyaçısı qeydiyyatdadır. Bu insanların müraciətlərinin araşdırılaraq cavablandırılması şəffaflığın artırılması üçün görülən tədbirlərin səmərəsini daha da artırır.
Fondan bildirilib ki, şəffaflığın təmini üçün görülmüş tədbirlər nəticəsində ötən il ərzində DSMF-nin Aparatına vətəndaşlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 24,2 faiz azalıb. Keçən il yalnız DSMF-nin sədri tərəfindən 86 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb. Qeyd edək ki, fondun sədri hər həftənin cümə günü, digər vəzifəli şəxslər tərəfindən isə həftənin müəyyən olunmuş iş günlərində şikayətçilərin qəbulu aparılır. Daha çox pensiya məsələləri ilə bağlı olan müraciət edənlərlə işin yaxşılaşdırılması üçün fondun əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların qəbulu həyata keçirilir.
Vətəndaşların qəbulu barədə ətraflı məlumat Fondun www.sspf.gov.az ünvanlı internet səhifəsində də məlumat verilib. Bu sayt vasitəsilə müraciət edənlərin şikayətləri elektron poçt vasitəsilə qəbul edilir. Hazırda DSMF-nin əmək pensiyaları, sosial sığorta, fərdi uçot, hüquqi məsələlər üzrə mütəxəssisləri ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması üçün müasir tipli “Mərkəzləşdirilmiş Çağrı Sistemi” (“190” nömrəli telefon məlumat xidməti) fəaliyyət göstərir.
Yazı DSMF-in "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir

Sosial
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY