Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi: Artıq bəzi ərzaq mallarının qiymətində ucuzlaşma müşahidə olunur

İqtisadi İnkişaf Nazirliyi: Artıq bəzi ərzaq mallarının qiymətində ucuzlaşma müşahidə olunur
# 09 mart 2011 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə monitorinqləri və araşdırmaları davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində artıq bir sıra ərzaq mallarının pərakəndə satış qiymətlərində ucuzlaşma müşahidə olunur: «Belə ki, yerli müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınıb. Bundan başqa, yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5%-dək, sitrus meyvələrinin qiymətində isə 15-20%-dək ucuzlaşma qeydə alınıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR