Bank Of Baku

ABŞ prezidentinin elm məsələləri üzrə elçisi AMEA və Elmin İnkişafı Fondunda görüşlər keçirib

ABŞ prezidentinin elm məsələləri üzrə elçisi AMEA və Elmin İnkişafı Fondunda görüşlər keçirib
# 09 mart 2011 14:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ABŞ prezidenti Barak Obamanın elm məsələləri üzrə elçisi Elis Qast ilə görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi Brent Mayer, ictimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, iqtisadi məsələlər üzrə müşavir Olqa Romanova, Mərkəzi və Şərqi Avropa, Rusiya Elm və Texnologiya Kooperasiyasının nümayəndəsi Elizabet Dauqart da iştirak edib.

AMEA prezidenti Mahmud Kərimov Azərbaycan və ABŞ arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışıb və neft-qaz sahəsi, alternativ enerji mənbələri, informasiya texnologiyaları və nanotexnologiyaların inkişafı, biomüxtəlifliyin qorunması, içməli su problemlərinin həlli, ətraf mühitin mühafizəsi kimi məsələlərin prioritet istiqamətlərdən olduğunu bildirib. M. Kərimov Massaçusets Texnologiya İnstitutu, AMEA Radiasiya Problemləri İnstitutu ilə ABŞ-ın “Arqon” milli laboratoriyası arasındakı əməkdaşlıq əlaqələrinin olduğunu deyib.

Azərbaycanda elmin inkişafı üçün böyük imkanların olduğunu vurğulayan E. Qast ABŞ-da elm və texnologiyanın inkişafı məsələlərinə böyük önəm verildiyini vurğulayıb və mübadilə proqramlarında birgə iştirakın məqsədəuyğunluğunu qeyd edib.

Qonaqlar daha sonra Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunda olublar. Görüşdə ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR