Bank Of Baku

İctimai Komitənin koordinatoru BQXK nümayəndəsi ilə görüşüb

İctimai Komitənin koordinatoru BQXK nümayəndəsi ilə görüşüb
# 09 mart 2011 14:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Müdafiə Proqramının koordiatoru Silvi Qrənişer ilə görüşüb. Əliməmməd Nuriyevin APA-ya verdiyi xəbərə görə, görüş zamanı BQXK-nin nümayəndəsinə İctimai Komitənin fəaliyyəti, qurumu cəzaçəkmə müəssisələrində həyata keçirdiyi monitorinqlər barədə məlumat verilib.
Eyni zamanda qarşı tərəf də məhkumlarla iş ilə bağlı təcrübələri haqqında da məlumat verib. Görüşün sonunda İctimai Komitə və BQXK arasında müntəzəm olaraq görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi baxımından daha səmərəli əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR