Bank Of Baku

Azərbaycanlı gənclərin Türkiyə ali məktəblərində dövlət xətti ilə təhsil alması üçün sənəd qəbuluna başlanılıb

Azərbaycanlı gənclərin Türkiyə ali məktəblərində dövlət xətti ilə təhsil alması  üçün sənəd qəbuluna başlanılıb
# 09 mart 2011 14:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) azərbaycanlı gənclərin bu ölkənin ali məktəblərində dövlət xətti ilə təhsil alması üçün sənəd qəbuluna başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, sənəd qəbulu aprelin 8-dək davam edəcək. Sənəd qəbulu internetlə aparılacaq. TQDK artıq bunun üçün saytında keçid linki www.osym.gov.tr yerləşdirib.

Qəbul imtahanları ÖSYM nümayəndələri tərəfindən aprelin 24-də Bakıda keçiriləcək.

E. Nağızadə deyib ki, bu ildən azərbaycanlı gənclərinin Türkiyənin universitetlərinə dövlət xətti ilə daxil olması üçün sənəd qəbulu TQDK tərəfində tərəfindən deyil, ÖSYM tərəfindən aparılacaq.

Qeyd edək ki, bu ildən Türkiyənin universitetlərinə fərdi yolla daxil olmaq istəyənlər artıq imtahanları həmin ölkədə verməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR