Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər
# 10 mart 2011 08:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) üzvləri cəmiyyətin yaranmasının 91-ci ildönümü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. APA-nın məlumatına görə, QAC sədri Novruz Aslan bildirib ki, ölkə prezidentinin sərəncamına uyğun olaraq hər il martın 10-u Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur.

N. Aslan deyib ki, hazırda QAC-ın 260 min üzvü, 16 mindən artıq könüllüsü var, bütün rayonlarda QAC-ın şöbələri fəaliyyət göstərir: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu 91 ildə şərəfli yol keçib və mərhəmət ocağına çevrilib. Bu missiya bundan sonra da davam etdiriləcək. 2007-ci ildə Azərbaycanda “Qızıl Aypara Cəmiyyəti haqqında” qanun qəbul olunub. Bütün bunlar onu göstərir ki, dövlət ölkədə ən iri qeyri-hökumət təşkilatı olan QAC-ı diqqət və qayğı ilə əhatə edib”.

Daha sonra cəmiyyət üzvləri Azərbaycan Texniki Universitetində qanvermə aksiyası keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR