Azərbaycan hökuməti ev heyvanlarının saxlanması qaydalarını təsdiqləyib
Qaydalara əsasən, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında “canlı təbiət” guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanları saxlamaq olar. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.
İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar.
Qərarda bəzi məhdudiyyətlər də göstərilib. Belə ki, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.
Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz. Bundan başqa, insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanların, ilanların çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlamaq, ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlamaq və qidalandırmaq, ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlamaq və gəzdirmək, baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağan olunur.
Qadağalara şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması, ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi, sərxoş vəziyyətdə ev heyvanlarının gəzdirilməsi, insanların üzərinə saldırılması, yarış vaxtlarında və digər hallarda heyvanın sağlamlığı və rahatlığı üçün təhlükə yarada bilən təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması da qadağan olunub.
Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.
Sənəddə heyvan saxlamaq hüququndan məhrum etmə də əksini tapıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edə bilər.
Sosial
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Xəbər Lenti
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
ADB: Bakı metrosu sərnişin tutumunu artırmaqla karbon emissiyasını 70 min ton azalda bilər
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb - VİDEO
Tramp Xameneinin dəfn mərasimi üçün İrana bir həftə möhlət verdiyini açıqlayıb
"Bitcoin"in qiyməti 62 min dolları ötüb
Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğulub
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb