Bank Of Baku

Lənkəran rayon sakininin 110 yaşı tamam olub - FOTO

Lənkəran rayon sakininin 110 yaşı tamam olub - <font color=red>FOTO</font>
# 10 mart 2011 12:41 (UTC +04:00)
Lənkəran . Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın Lənkəran rayonunun Haftonu qəsəbə sakini Heybət Əliyevin 110 yaşı tamam olub. APA-nın cənub bürosunun məlumatına görə, Heybət Hənifə oğlu Əliyev 1901-ci ildə dünyaya gəlib. O, əmək fəaliyyətinə meşəbəyilikdən başlayıb. Uzun müddət Talış meşələrinin mühafizəsi ilə məşğul olan Lənkəran sakini həyat yoldaşı Teyyubəyim ilə birlikdə 7 övlad böyüdüb. APA-nın müxbiri ilə söhbətində Heybət Əliyev 110 yaşa çatmasının sirrini əməksevərliyində, indiyəcən spirtli içki qəbul etməməsində, siqaret aludəçisi olmamasında gördüyünü bildirib. O, indiyəcən xəstəliyin nə olduğunu bilməyib. Qəbul etdiyi qidaların arasında isə düyü yeməklərinin, plovun xüsusi yeri var.
110 yaşlı ağsaqqal islamın vacib əməllərini – namaz qılmağı, oruc tutmağı özünün əsas borcu saydığını bildirib. Heybət Əliyev ən böyük arzusunun düşmən tapdağı altında qalmış Qarabağı tezliklə azad görmək olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR