Bank Of Baku

İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi qaçqın və məcburi köçkün, şəhid, əlil, yetim, tənha və digər aztəminatlı ailələrə yardım göstərəcək

İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi qaçqın və məcburi köçkün, şəhid, əlil, yetim, tənha və digər aztəminatlı ailələrə yardım göstərəcək
# 10 mart 2011 13:00 (UTC +04:00)
Bakı – APA. İran İslam Respublikasının İmam Xomeyni İmdad Komitəsi beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi növbəti humanitar aksiya həyata keçirəcək.

Nümayəndəliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İmdad Komitəsinin təsis olunmasının 32 illiyi və Novruz bayramının gəlişi münasibətilə keçiriləcək aksiya çərçivəsində nümayəndəlik himayəsində olan qaçqın və məcburi köçkün, şəhid, əlil, yetim, tənha və digər aztəminatlı ailələrə 20000 ədəd bitki yağı, 20000 ədəd makaron, 18000 kq şəkər və 16000 kq düyüdən ibarət ərzaq yardımı, eyni zamanda bu qəbildən olan 150 yeni ailə həyatı qurmuş gənc ailəyə 150 dəst stol-stul, 150 ədəd soyuducu, 150 ədəd 4 gözlü qaz sobası, 150 ədəd adyal və 150 ədəd ütüdən ibarət məişət əşyaları yardım etməyi nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR