Bank Of Baku

Şəmkir rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı regional müşavirə keçirilib

Şəmkir rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı regional müşavirə keçirilib
# 10 mart 2011 13:29 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov - APA. Korrupsiyaya Qarşı Mübarizə Fondu Şəmkir rayonunda regional müşavirə keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə fondun icraçı direktoru Vasif Mövsümov, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Müşavirdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri, korrupsiya ilə mübarizə istiqamətində qəbul olunan qanunlar haqqında əhalinin daha çox maarifləndirilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, sözügedən qanunların icrasına ictimai nəzarəti artırmağın lazım olduğu vurğulanıb. Müşavirədə qeyd olunub ki, statistik məlumatlara görə, son illərdə Korrupsiyaya Qarşı Mübarizə Fonduna edilən müraciətlərin sayı artıb. Şikayətlər əsasən sahibkarların işinə qeyri-qanuni, yersiz müdaxilə halları, müxtəlif dövlət sənədlərinin vətəndaşlara verilməsində süründürməçiliklə bağlı və s. kimi sahələri əhatə edib. Qeyd olunub ki, şikayətlərin artması ilə yanaşı, dövlət orqanlarında bu şikayətlərə baxılması və yaranan problemlərin müsbət həlli də çoxalıb. Fonda daxil olan şikayətlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və digər aidiyyəti təşkilatlara göndərilib.
Analoji tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR