Bank Of Baku

Bakı Slavyan Universitetində alman professorun kitabının təqdimatı keçirilib

Bakı Slavyan Universitetində alman professorun kitabının təqdimatı keçirilib
# 10 mart 2011 15:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Slavyan Universitetində Almaniyanın Vüsrsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartmanın “Orta əsrlər ədəbiyyatında eşqin təcəssümü” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev Z. Hartmanın təkcə Almaniyada deyil, bütün dünyada tanınan almanşünas olduğunu deyib: “Ziqlinde Hartman həm də Bakı Slavyan Universitetinin professorudur. O, “Kitabi Dədə Qorqud” dastanının öyrənilməsində çox işlər görüb. Bu dastan ilk dəfə Almaniyada öyrənilməyə başlanılıb. Ziqlinde Hartmanın alman dilində yazdığı bu kitab əsasən universitet auditoriyası üçün nəzərdə tutulub”.

Tədbirdə çıxış edən Ziqlinde Hartman isə Bakı Slavyan Universitetində ona yaradılan şəraitə görə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR