Bank Of Baku

Ali məktəblərdə büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsait artırılacaq

Ali məktəblərdə büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsait artırılacaq
# 11 mart 2011 08:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu gözləniləndən az olub, ödənişli əsaslarla tələbə qəbulu isə artıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu təhsil naziri Misir Mərdanov “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda keçirilən müşavirədə deyib. M. Mərdanov bildirib ki, ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılması nəzərdə tutulub.

Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə vaxtaşırı müzakirələrin aparıldığını, normativ sənədlərin hazırlandığını söyləyən nazir qeyd edib ki, dövlət sifarişi üzrə kadr hazırlığının maliyyələşdirilməsi məqsədilə Təhsil Nazirliyinə ayrılmış vəsait 33 ali məktəbin hesabına köçürülüb.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı vaxtaşırı Təhsil Nazirliyində keçirilən müzakirələrin əhəmiyyətinə toxunan maliyyə naziri Samir Şərifov isə ali məktəblərdə büdcədənkənar gəlirlərdən, dövlət sifarişi əsasında kadr hazırlığına görə əldə edilən vəsaitdən istifadənin daha səmərəli təşkilinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR