Bank Of Baku

Kür çayında su sərfi artıb

Kür çayında su sərfi artıb
# 11 mart 2011 08:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının I ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın I ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının III ongünlüyünə nisbətən saniyədə 6 kubmetr artaraq 156 kubmetr təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən həddi ötüb.

Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 235 kubmetr olub. Belə ki, Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə normanı ötüb.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,84-8,02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR