Bank Of Baku

Azərbaycanın bəzi rayonlarına qar yağacaq

Azərbaycanın bəzi rayonlarına qar yağacaq
# 11 mart 2011 08:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Martın 12-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Martın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 12-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Martın 13-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR