Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib
# 11 mart 2011 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə” mövzusunda konfrans təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel bildirib ki, tədbirin təşkilində əsas məqsəd başqa ölkələrin təcrübəsini tətbiq etməklə, məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni qanunun icrasına dair müzakirələr aparmaq, hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri arasında əməkdaşlığı daha da genişləndirməkdir: “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması, gender bərabərliyi və uşaqlar da daxil olmaqla, ən çox qayğıya ehtiyac olan vətəndaşların müdafiəsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın irəli doğru atdığı çox önəmli addımdır”.

Səfir qeyd edib ki, məişət zorakılığına qarşı mübarizənin dəstəklənməsi ATƏT-in Bakı Ofisinin bu il üçün əsas prioritetlərindəndir. İl ərzində ATƏT-in Bakı ofisi bununla bağlı silsilə tədbirlər keçirəcək: “İl ərzində qanunun icrasını dəstəkləmək məqsədilə regionlarda dəyirmi masalar təşkil ediləcək. Yeni təşkil olunmuş yardım mərkəzlərinin işçiləri və hüquq-mühafizə orqanları üçün ixtisaslaşdırılmış təlimlər keçiriləcək. Məişət zorakılığına qarşı milli və regional kanallarda maarifləndirici proqramlar təşkil olunacaq. İl ərzində ATƏT məişət zorakılığı qurbanları üçün regionlarda “qaynar xət”lər yaradacaq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə deyib ki, qanunun qəbulu hələ problemlərin həlli demək deyil: “İnsanlar dərk etməlidirlər ki, bu qanun niyə qəbul olunub və ondan necə istifadə etmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR