Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Nardaranda hələ də 100-ə yaxın qız məktəbə hicabla gəlir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Nardaranda hələ də 100-ə yaxın qız məktəbə hicabla gəlir
# 11 mart 2011 09:57 (UTC +04:00)
Biz gözləyirik ki, Nardaran ağsaqqalları vəziyyəti başa düşsünlər, özləri bu məsələnin hər yerdə həll olunduğunu görüb, dərs çıxarsınlar. Bu səbəbdən Nardaranla bağlı bir az gözləmə mövqeyindəyik”. Bunu APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Məhəmməd Bayramov deyib.

Onun sözlərinə görə, Nardaranda hələ də 100-ə yaxın məktəbli qız dərsə hicabla gəlir. Müdir müavini bildirib ki, əvvəllər hicabla dərsə gələnlərin sayı daha çox olub, onların sayında bir qədər azalma baş verib.

M. Bayramov bu problemin həlli üçün iş apardıqlarını da söyləyib: “Nardaranın 10 mindən artıq əhalisi var. Bu kənd dinə də çox meyllidir, məsələlərə aqressiv mövqe bildirirlər. Ona görə də biz onlara qarşı çıxmaq, kəndə münaqişə yaratmaq istəmirik. Bu məsələnin könüllülük prinsipi əsasında, izahat aparmaqla həllinin tərəfdarıyıq. Hazırda məktəb rəhbərləri, müəllimlərlə izahat işi aparırıq. Onlar da eyni zamanda, məktəbdə izahat işləri aparırlar”.

İdarə rəsmisi əlavə edib ki, hicablı şagirdlərin nə vaxta qədər dərsə hicabla gələcəyi bəlli deyil. Onlara dərsə hicabla gəlməməsi üçün konkret vaxt da qoyulmayıb: “Yəqin ki, izahatlarımız nə vaxt onlara təsir etsə, onda da dərsə hicabla gəlməyəcəklər”.

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov isə APA-ya açıqlamasında Sumqayıt məktəblərində hicablı qızların dərsə buraxılmaması barədə yayılan məlumatların düzgün olmadığını söyləyib. O, hazırda Sumqayıtda belə bir problemin olmadığını deyib: “Bu gün şagirdlər məktəblərin nizamnaməsinə uyğun yalnız məktəbli formasında dərsə gəlməlidirlər. Onlardan da bu tələb olunur. Bu tələb həm qızlara, həm də oğlanlara aiddir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR