Bank Of Baku

Azərbaycanda “quş qripi” ilə əlaqədar aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Azərbaycanda “quş qripi” ilə əlaqədar aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
# 11 mart 2011 10:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) fevralın 28-dən “quş qripi” ilə bağlı ölkə ərazisində apardığı ilin üçüncü monitorinqin nəticələrini açıqlayıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1181 baş ev quşunun qan nümunəsi, eləcə də 17 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır. Bu qadağa ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında uçotda olan baytarlıq nəzarəti obyektlərindən baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədlər ilə müşayiət edilən quş əti və onun məhsullarına aid edilmir.

Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 28-də başlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR