Bank Of Baku

Azərbaycanda nikaha daxil olan şəxslər məcburi qaydada tibbi müayinədən keçəcəklər

Azərbaycanda nikaha daxil olan şəxslər məcburi qaydada tibbi müayinədən keçəcəklər
# 11 mart 2011 12:07 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda Ailə Məcəlləsinə və «Əmək pensiyaları haqqında» qanuna əlavələr və dəyişikliklər layihəsi müzakirə olunub. Komitə sədri Hadı Rəcəbli bildirib ki, Ailə Məcəlləsinə təklif olunan dəyişiklik ailə quran zaman, nigaha daxil olan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməsi ilə bağlıdır. Hazırda bununla bağlı mövcud qanunvericilikdə müəyyən müddəaların olduğunu deyən komitə sədrinin sözlərinə görə, bununla da qanunvericilik daha da ciddiləşəcək və inzibati xarakter alacaq: “Nikah öncəsi tibbi müayinə pulsuz aparılmalıdır. Qanunun digər müddəası isə ondan ibarətdir ki, ailə quran tərəflərdən birinin xəstəliyini gizlətməsi faktı aşkar olunduqda, qarşı tərəf nigah müqaviləsinin etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər”.

H. Rəcəbli onu da bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının müvafiq şəxsləri nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə məlumatları məxfi saxlamalıdırlar.

«Əmək pensiyaları haqqında» qanuna təklif olunan əlavələr barədə məlumat verən komitə sədri bildirib ki, əlavələr qüvvəyə minəndən sonra vəfat etmiş sabiq məhkəmə hakimlərinin pensiyalarına əlavələr almaq hüququ onun ailə üzvlərinə keçəcək.

Əlavə və dəyişikliklər layihəsi müzakirələrdən sonra parlamentin iclasına tövsiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR